Tez-tez verilən suallar
Sual və cavablar
Saytınızdan necə mebel sifariş etmək olar?
Saytımızdan birbaşa mebel sifariş etmək mümkün deyil. Kataloqda fabrikimizin imkanlarını göstərmək üçün fotoşəkillər yerləşdirilib. Sifariş üçün mebelin ölçü, material, aksesuarlar və digər xususiyyətləri nəzərə almaq lazımdır. +994 55 515 03 08 nömrəsilə əlaqə saxlayıb dizaynerlərimizdən ətraflı məlumat ala bilərsiz.
Mebelin qiyməti necə hesablanır? İlkin ödəniş tələb olunur?
Mebelin qiyməti dizayna əsasən, və istifadə olunan material və mexanizmlərə görə hesablanır. Sifariş müqavilə ilə bağlanır. Müqavilə imzaladıqdan sonra Siz sifariş dəyərinin 60%-ni ödəməyi öhdənizə götürürsünüz. Qalan hissənin ödənişi çatdırılma və quraşdırılmadan sonra həyata keçirilir.
Sizdən mətbəx üçün məişət texnikası əldə etmək mümkündür?
Mətbəxin dizayn mərhələsində məişət cihaz texnikası müzakirə olunur. Seçim maliyyə imkanları nəzərə alınmaqla müştəri tərəfindən edilir. Dizaynerimiz Sizə istənilən modellərin üstünlükləri və funksionallığı haqqında məlumat verəcəkdir.
Yalnız saytınızda olan mebelləri sifariş etmək mümkündür?
Xeyr, saytımızda yerləşdirilən məhsullar, biz təklif edə biləcəyimiz mebellərin kiçik bir hissəsidir. Biz istənilən dizayn ideyasını həyata keçirməyə hazırıq.
Çatdırılma neçə günə həyata keçirilir?
Çatdırılma müddəti sifarişin mürəkkəbliyindən asılıdır. Orta hesabla istehsal 30-50 gün çəkir, lakin bəzən daha az vaxtda edilə bilər.
Mebellərə zəmanət verilir?
Bəli, fabrik tərəfindən mebellərə 2 il zəmanət verilir. Zəmanət mexaniki zədə olmadıqda etibarlıdır.
Mebellərinizi yalnız Bakıdan əldə etmək mümkündür?
Bizim showroom Bakida yerləşir, lakin Siz Azərbaycanın istənilən bölgəsindən mebel sifariş edə bilərsiz. Daha ətraflı məlumat üçün +994 55 515 03 08 nömrəsilə əlaqə saxlayın.